Dərc edilib: 22-11-2018

https://www.nuh.az/18012-.html

Prezidentin köməkçisi "Bank Standart"ın əmanətçilərini qəbul edib

22.11.2018 13:37:49

İqtisadiyyat

"BANK STANDARD"IN KREDİTORLARININ VƏ MƏTBUATIN NƏZƏRİNƏ

 

Bu gün  saat 15.00-da Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) binasında (Babək prospekti, 16) "Bank Standard"ın Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək. İclasda bankın ləğvetmə prosesi (proses kobud pozuntularla həyata keçirilir!), habelə onun müflisləşməsində təqsirləri ehtimal olunan şəxslərə (Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, “KPMG” audit şirkəti və s.) qarşı məhkəmə prosesləri müzakirə olunacaq. Kreditorlar və mətbuat dəvətlidir. İclasa ƏSF rəhbəri Vüqar Abdullayev də dəvət olunub.

 

Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl  pullarını ala bilməyən  xeyli sayda əmanətçi  Prezident  Administrasiyasında qəbulda olublar. Prezident İlham Əliyevin  qtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov zərərçəkənləri qəbul edib.  Köməkçi bildirib ki, məsələ ölkə başçısının nəzarətindədir. Problem həll olunacaq. 

 

  NUH.az 


 


NUH informasiya agentliyi səhifəsindən çap edilib