Dərc edilib: 25-11-2018

https://www.nuh.az/18053-.html

Zərdab sakini qənaətcil kombi hazırlayıb - Aylıq 10 manata evi isidir - VİDEO

25.11.2018 13:22:26

Günün sitatı

Zərdab sakini öz ideyası əsasında kombi hazırlayıb. Kombi həm çox az qaz sərf edir, həm də suyu tez qızdırır.

 

İxtisasca qaynaqçı olan Zərdab rayon sakini 62 yaşlı İsa Məmmədov qənaətlə işləyən kombini düzəltmək üçün 4 il vaxt sərf edib. Hazırladığı kombidə mis boru və dəmirlərdən istifadə edib. Usta ilk əl işini əvvəlcə öz evində sınaqdan keçirib. Onun hazırladığı kombi ay ərzində 8-10 manat arasında qaz yandırır. Aparat elə quraşdırılıb ki, isitmə sahəsi böyüdükcə güc düşmədən çalışır. İsa Məmmədov düzəltdiyi cihaza 400 manata qədər vəsait sərf edib. İndi onu daha da təkmilləşdirmək istəyir.(XəzərTV)

NUH informasiya agentliyi səhifəsindən çap edilib