Dərc edilib: 30-11-2018

https://www.nuh.az/18127-.html

Xidmətinə sadiq olan Azərbaycan polisi

30.11.2018 10:40:30

Dünya

Xidmətinə sadiq olan Azərbaycan polisi.
Qəzetimiz, asayiş keşiyində duran  insanların təhlükəsizliyini qoruyan polis əməkdaşlarının fəaliyyətini həmişə diqqətdə və göz önündə  saxlayır. Uğur və nöqsanlarını mütəmadi olaraq işıqlandırır. İstirahət və bayram günlərinin nə olduğunu unudan, hər zaman iş başında olan, peşəkarlığı ilə daim şərəfini yüksək tutan polislər haqqında öz oxucularına daima dolğun məlumat verir.

Dəyərli oxucularımız qəzetimizin səhifələrində, nümunəvi xidməti ilə seçilən yol polis əməkdaşları barədə yazılara müntəzəm rast gəlirlər. Bu yazımız da konkret olaraq gecə-gündüz, isti-soyuq bilmədən yollarda asayişi qoruyan Azərbaycan Respublikası Xətai  rayon Yol Polis İdarəsinin  rəisi Polis Polkovnik-Leytinantı Ələkbərov Cavanşir Yusif oğlu  haqqındadır.
Peşəkar polis əməkdaşı olan Cavanşir Ələkbərov  iki ildir ki, Xətai rayon DYPŞ-nin rəisi vəzifəsində xidmət edir. O, təcrübəli polis əməkdaşı olmaqla yanaşı, öz peşəkarlığı, cinayətkarlığa qarşı mübarizədə prinsipiallığı, həmçinin, polis əməkdaşları arasındakı şəxsi nüfuzuna görə həmişə diqqəti çəkmiş və yuxarı instansiyalar tərəfindən yüksək qiymətləndirilmişdir.
Həmkarları və ictimaiyyət arasında böyük nüfuz sahibi olan Polis Polkovnik- leytinantı  çoxsaylı yol nəqliyyat hadisələri törədilmiş cinayətlərin  aşkar edilməsində  və digər yol nəqliyyat hadisələrinin  törədilməsində iştirakçı olan şəxslərin yaxalanmasında Cavanşir Ələkbərovun  bir peşəkar polis kimi xüsusi xidmətləri az olmamışdır. Cavanşir Ələkbərov deyəndə,mənim gözlərimin  qarşısında bir  ciddi  və dürüst bir insan durur.
Təssüflər olsun ki, bir neçə gün bundan öncə qərəzli şəkildə bir vətəndaş, Ələkbərovun adını doğru düzgün bilmədən xoşagəlməz iftiralar yayımlamışdır. Ola bilər ki, həmin vətəndaşı, məhz Cavanşir Ələkbərov  qanun çərçivəsində cəzalandırmasına görə bu kimi şər və böhtanlara əl atmışdı. Əminliklə demək olar ki, neçə illik xidmətində  Cavanşir Ələkbərov cənab nazirimiz tərəfindən fəxri ada layiq görülüb  və bu illər ərzində heç bir töhmət  almamışdır. Odur ki, Cavanşir Ələkbərov xidmətinə sadiq olan Azərbaycan polisidir.
Bu yazı vasitəsi ilə Azərbaycan Respubilkasinda fəaliyyət göstərən bütün polis əməkdaşlarına uzun ömür, can sağlığı, işlərində uğurlar arzu edirik!

Mənbə: Detektiv Lyuks

NUH informasiya agentliyi səhifəsindən çap edilib