ABŞ-da dekabrın 5-i matəm günü elan ediləcək
ABŞ prezidenti Donald Tramp dekabrın 5-ni ölkənin 41-ci prezidenti Corc Buşun (böyük) vəfat etməsi ilə əlaqədar matəm günü elan edəcək.
“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.
Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Corc Buş (böyük) dekabrın 1-də 94 yaşında dünyasını dəyişib.