Dərc edilib: 09-12-2018

https://www.nuh.az/18252-.html

Ermənistanda erkən parlament seçkiləri keçirilir

09.12.2018 12:55:13

Region

Ermənistanda baş verən siyasi böhranda və kütləvi aksiyalardan sonra xalq millət vəkili seçkiləri üçün sandıq başına gedib.


“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yerli vaxtla saat 08:00-da başlayan seçkilərdə səsvermə hüququ olan 2,5 milyon seçici qeydiyyatdadır.

Əsas mübarizənin oktyabrda istefa vermək məcburiyyətində qalan və müvəqqəti olaraq baş nazir funskiyasını icra etməyə davam edən Nikol Paşinyanın rəhbərliyindəki “Mənim Addımım” ittifaqı ilə Rifahlı Ermənistan Partiyası arasında olacağı proqnozlaşdırılıb.

Səsvermə nəticəsində parlamentin ən az 101 yeni üzvü müəyyənləşdiriləcək. Konstitusiyaya görə millət vəkili sayı ən çox 200 ola bilər. Həmçinin, parlamentdə ən az 3 partiya təmsil olunmalıdır.

İlkin nəticələrin gecə yarısı məlum olacağı gözlənilir.

Qeyd edək ki, parlamentin yeni üzvləri məlum olduqdan sonra 31 dekabrda yeni baş nazir seçiləcək

NUH informasiya agentliyi səhifəsindən çap edilib