Dərc edilib: 10-12-2018

https://www.nuh.az/18260-.html

Paşinyan seçkilərdə qalib gəldi

10.12.2018 11:18:12

Region

Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, nəticələrə görə Nikol Paşinyanın “Mənim addımım” bloku 70.43 faizlə (884456 səs) qalib gəlib.

Səsvermənin nəticələrinə görə, 8.27 faizlə (103824 səs) "Çiçəklənən Ermənistan"partiyası ikinci yerdə qərarlaşıb. 

“İşıqlı Ermənistan” partiyası isə 6.37 faiz (80024 səs) səs toplayıb. 

Digər partiyalar isə tələb olunan bariyeri aşa bilməyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib