Dərc edilib: 11-12-2018

https://www.nuh.az/18281-.html

Nurlan Növrəslinin toyu oldu - Gəlinsiz

11.12.2018 12:39:35

Maqazin

Ötən gün Əməkdar artist Nurlan Növrəslinin toyu olub.

 

“Qafqazinfo” xəbər verir ki, 34 yaşlı müğənni “dərviş toyu” edib. 

Gəlinsiz kişi toyu olsa da, məclisdə Xatun Əliyeva, Fatimə Fətəliyeva, Türkan Vəlizadə kimi tanınmış xanımlar iştirak edib. Toydan lentə alınan fotolar sosial şəbəkələrdə paylaşılıb.

Bu məqamda bildirək ki, N. Növrəsli Nevin adlı xanımla bu ilin avqust ayında nişanlanıb. 

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib