Dərc edilib: 13-12-2018

https://www.nuh.az/18307-.html

Nazir Bakıda 10 TSEK-i ləğv etdi

13.12.2018 11:17:28

Maraqlı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyalarının (TSEK) ləğv edilməsi ilə bağlı əmr imzalayıb. 

 unikal.org   xəbər verir ki, nazirin digər müvafiq əmri ilə Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyaları (TSEK) bundan sonra 5 tibbi-sosial ekspert komissiyası kimi fəaliyyət göstərəcək. 
Səbail, Yasamal, Nəsimi
Binəqədi, Qaradağ
Nizami, Xətai, Nərimanov
Xəzər, Pirallahı
Suraxanı, Sabunçu
Qeyd edək ki, sözügedən xəbəri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı təsdiqləyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib