Dərc edilib: 16-12-2018

https://www.nuh.az/18349-.html

Azərbaycan İES-də tüstülənmə: 6 yanğınsöndürən cəlb edildi

16.12.2018 10:48:59

Günün sitatı

Axşam saatlarında Azərbaycan İstilik Elektrik Stansiyasının 7-ci enerji blokunda tüstülənmə baş verib.

 Report   xəbər verir ki, tüstülənməyə stansiyanın enerji blokunda yaşanan nasazlıq səbəb olub.
Dərhal hadisə yerinə 6-dan çox yanğınsöndürmə briqadası cəlb olunub. Məlum olub ki, tüstülənmə blokun nasos hissəsində baş verən yağ axıntısı səbəbindən olub. Hadisə nəticəsində stansiyada 1991-ci il təvəllüdlü Əliyev Vahid İsmayıl oğlu tüstüdən zəhərlənib. Ona yerindəcə tibbi yardım göstərilib.
Hazırda nasazlığın aradan qaldırılması üçün iş aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib