Dərc edilib: 17-12-2018

https://www.nuh.az/18358-.html

Netanyahunun oğlu: "Bütün müsəlmanlar bu torpaqlardan getməlidir"

17.12.2018 12:01:07

Dünya
İsrailin baş naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahusosial şəbəkə hesabında müsəlmanlarla bağlı daha bir qalmaqal yaradacaq paylaşım edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, bütün müsəlmanlara İsrail-Fələstin torpaqlarını tərk etməyi məsləhət görüb.

"Ya bütün yəhudilər, ya da bütün müsəlmanlar bu torpaqlardan (Fələstin-İsrail) getməyincə, burada sülh olmayacaq. Şəxsən mən ikincini seçərdim", - deyə o, yazıb.
Qeyd edək ki, bu, Netanyahunun oğlunun ilk belə paylaşımı deyil. O, sosial şəbəkə hesabında müsəlmanlarla bağlı tez-tez qalmaqal yaradacaq mesajlar verir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib