Dərc edilib: 21-12-2018

https://www.nuh.az/18409-.html

Fundamental elmi elmi biblioqrafiya işıq üzü görüb

21.12.2018 13:25:30

Mədəniyyət

Bu günlərdə “Elm” nəşriyyatında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun tərtib etdiyi “Azərbaycan Xalq Cümhuriyyəti -100” adlı elmi biblioqrafiya işıq üzü görüb. Bu fundamental elmi biblioqrafiya Azərbaycan dövlətçilik  tarixinin ən parlaq səhifələrindən birinə - müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunub. Biblioqrafiyaya Azərbaycan  Xalq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Parlamentin və Hökümətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, habelə  Cümhuriyyətin  süqutundan sonrakı dövrdə  istiqlal ideyalarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri əks etdirən materiallar daxil edilib. Biblioqrafiya  elmi işçilər, ali məktəb müəllimləri, tədqiqatçılar, habelə Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Biblioqrafiyanın tərtibçi-müəllifləri fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və ped.ü.f.d. Nadir İsmayılovdur.

504 səhifəlik kitabın elmi yeniliyi odur ki, burada ilk dəfə olaraq Azərbaycan Respublikasının sələfi olan Azərbaycan Xalq Cümhuriyyəti  haqqında  yarandığı gündən hazırki dövrə qədər (1918-2018-ci illər) işıq üzü görmüş bütün materiallar əhatə olunub. Onu da qeyd edək ki, bu biblioqrafiyaya bugünkü müstəqil Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi qiyməti əks etdirən sənədlər (kitablar, elmi-tədqiqat əsərləri,dövri mətbuatda və məcmuələrdə dərc olunan məqalələr və s.) daxildir.

Kitabın baş elmi məsləhətçisi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlifir. Akademik həmçinbin kitaba  geniş ön söz yazmışdır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib