Dərc edilib: 23-12-2018

https://www.nuh.az/18431-.html

Bu ölkənin paytaxtı dəyişəcək

23.12.2018 14:20:59

Dünya

Afrika ölkəsi Burundi paytaxtını dəyişmək qərarı alıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkənin Nazirlər Kabineti yeni paytaxtın Giteqa olması barədə qərar qəbul edib.

Hazırki paytaxt Bucumbura isə iqtisadi paytaxt olaraq qalacaq.

2019-cu ilin yanvarından etibarən qüvvəyə minəcək qərara görə, ilkin mərhələdə 5 nazirlik Giteqaya köçürüləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib