Dərc edilib: 23-12-2018

https://www.nuh.az/18432-.html

İlham Əliyev Türkiyədə “İlin dövlət başçısı” seçildi

23.12.2018 14:33:36

Siyasət

Prezident İlham Əliyev Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası “İlin dövlət başçısı” ünvanına layiq görülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə federasiyanın idarə heyətinin sədri Bilal Dündar məlumat verib.

Onun sözlərinə görə, İlham Əliyev 16 bölgədəki dərnəklər və 145 vətəndaş cəmiyyəti təşkilatının müştərək qərarı ilə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə “İlin dövlət başçısı” seçilib.

B.Dündar qeyd edib ki, federasiya üzvləri 2019-cu ilin yanvarında İlham Əliyevlə görüşəcək və mükafat təqdim olunacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib