Dərc edilib: 30-12-2018

https://www.nuh.az/18480-.html

“Sarı jiletlilər” yenidən küçələrə axışdı - Fotolar

30.12.2018 13:43:24

Müsahibə

Fransada “Sarı jiletlilər”in aksiyası bu həftə də davam etdirilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, silsilə aksiyanın 7-ci həftəsində etirazçılar Parisdə Trokadero meydanının qarşısına toplaşıblar.

Daha sonra media qurumlarının binaları önünə hərəkət edərək içəri daxil olmaq istəyiblər. Bu zaman polislə qarşıdurma zamanı bir nəfər ağır yaralanıb, 57 nəfər isə saxlanılıb.

Məlumata görə, aksiyaçılar Fransa Mərkəzi Bankının qapısını da yandırıblar.

Ölkə ərazisində ümumilikdə 12 min adam mitinqlərdə iştirak edib.

 




 

NUH informasiya agentliyi səhifəsindən çap edilib