Dərc edilib: 14-01-2019

https://www.nuh.az/18584-.html

Nazim Məcidova BDU-da vəzifə verildi

14.01.2019 15:24:27

Reportaj

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidova Bakı Dövlət Universitetində yeni vəzifə verilib.

 

 Bu barədə “Qafqazinfo”ya məlumatı  universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova verib.

O bildirib ki, rektor əvəzi Firudin Qurbanovun əmri ilə N. Məcidov Kadrlar şöbəsinin müdiri təyin olunub. 

Bu günə kimi sözügedən vəzifəni əvəz edən Təranə Əhədova isə işdən çıxarılıb.

N. Məcidov artıq 3 gündür ki, vəzifəsini icra edir.

Qeyd edək ki, Nazim Məcidov bu təyinata qədər uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib