Dərc edilib: 15-01-2019

https://www.nuh.az/18595-.html

Nazir Səhlab Bağırova yeni vəzifə verdi

15.01.2019 13:45:53

Reportaj

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib.


 Unikal.org  xəbər verir ki, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.

Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin Rəis müavini vəzifəsinə təyinat alıb.

Xəbəri DİN-dən təsdiqləyiblər.

Qeyd edək ki, S. Bağırov daha əvvəl də DİN-in Çevik Polis Alayının komandiri işləyib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib