Dərc edilib: 16-01-2019

https://www.nuh.az/18602-.html

İlham Əliyev zavod açılışı etdi

16.01.2019 12:18:38

Siyasət

Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisədə görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

İlham Əliyev zavodu işə salıb.

Dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib