Dərc edilib: 16-01-2019

https://www.nuh.az/18607-.html

Havaya görə orta məktəblərdə iki gün tətil elan olundu

16.01.2019 14:42:55

İqtisadiyyat

Təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılacaq. 
Qaynarinfo xəbər verir ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. 
Belə ki, Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.
Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılacaq və bununla bağlı bütün tədbirlər təxirə salınacaq. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib