Dərc edilib: 19-01-2019

https://www.nuh.az/18627-.html

Zimbabve prezidenti Bakıya gəldi - Foto

19.01.2019 09:16:57

Dünya

Zimbabve prezidenti Emmerson Mnanqaqva yanvarın 18-də Azərbaycana işgüzar səfərə gəlib.


 AzərTac   xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Zimbabve prezidentini hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib