Dərc edilib: 19-01-2019

https://www.nuh.az/18629-.html

"Bandotdel" federasiyanın vitse-prezidentini həbs etdi

19.01.2019 09:31:15

Kriminal
Azərbaycan Kikboks Federasiyasının vitse-prezidenti Aydın Əhmədov həbs edilib. 
Unikal.org-un əldə etdiyi məlumata görə, federasiya rəsmisi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən 2 gün öncə saxlanılıb. 

İddia olunur ki, onun həbs edilməsinə səbəb vətəndaşlardan dələduzluq yolu ilə 10 milyon manat mənimsəməsidir.
Məlumata görə, Aydın Əhmədov Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Xatırladaq ki, AKF-nin prezidenti, millət vəkili Adil Əliyev Aydın Əhmədovu ötən ilin aprel ayında quruma vitse-prezident təyin edib.  Bundan əlavə A.Əhmədov AKF-nin tərkibində yer alan "Euro Fight” klubunun direktoru olmaqla yanaşı, "Premium Travel” şirkətinin rəhbəridir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib