Dərc edilib: 22-01-2019

https://www.nuh.az/18653-.html

Səfir Eleonora Hüseynova vəfat edib (FOTO)

22.01.2019 13:48:55

Reportaj

 

Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova vəfat edib.

 Report  xəbər verir ki, E.Hüseynova 72 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, E.Hüseynova 1947-ci ildə Bakı şəhərində anadan olub. O, 1994-2004 Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, 2004-2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olub. Vəfat edənə qədər fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsini daşıyırdı.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib