Dərc edilib: 22-01-2019

https://www.nuh.az/18656-.html

Bayram Səfərov bahalı avtomobilindən danışdı: “Axı mənim yanımda Tramp kimdir?”

22.01.2019 15:04:56

Dünya

Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan "Lincoln MKS” model avtomobildə gəzməyindən danışıb.

İcra başçısı Bayram Səfərov Demokrat.Az-a bildirib ki, sözügedən model avtomobildən dünyada çox istehsal edilib:
"Məgər Bayram Səfərov elə maşında gəzə bilməz? Axı mənim yanımda Tramp kimdir? Bayram Səfərov elə Bayram Səfərovdur. O maşından təkcə Trampda yoxdur ki!”.
Xatırladaq ki, Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan dəbdəbəli "Lincoln MKS” model avtomobili verilib.
Hazırda sözügedən avtomobilə "58-AA-001” dövlət nömrə nişanı taxılıb. Avtomobilin bazar qiyməti 50 000-60 000 ABŞ dolları təşkil edir

NUH informasiya agentliyi səhifəsindən çap edilib