Dərc edilib: 26-01-2019

https://www.nuh.az/18705-.html

Azərbaycanlı deputatlar yenidən AŞPA-da vitse-prezident seçildilər

26.01.2019 17:15:11

Mədəniyyət

Azərbaycan Milli Məclisinin deputatları Qənirə Paşayeva və Ülviyyə Ağayeva yenidən AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər.

 

 “AzərTAC”   xəbər verir ki, AŞPA-nın qış sessiyasında Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Naqif Həmzəyev isə qrupun xəzinədarı seçilib. REKLAM facebook.com Daha ətraflı Native Video by Adributor Azad Demokratlar Qrupu vitse-prezidenti postuna, ümumilikdə, 4 nəfər seçilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi yenidən qrup tərəfindən yekdilliklə dəstəklənib. Deputatlar bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha da fəal təmsil etməyə çalışacaqlarını qeyd ediblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib