Dərc edilib: 30-01-2019

https://www.nuh.az/18739-.html

Trampın müşaviri İlham Əliyevə zəng vurdu

30.01.2019 11:16:32

Siyasət
Yanvarın 29-da axşam ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 
Qaynarinfo-nun xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib