Dərc edilib: 05-02-2019

https://www.nuh.az/18800-.html

İranda 50 min məhkum əfv edilir

05.02.2019 00:49:12

Mədəniyyət

İran Məhkəmə Sisteminin rəhbəri ayətullah Sadıq Laricani inqilabın 40-cı ildönümü ilə əlaqədar 50 min məhkumun əfv ediləcəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, Laricani böyük əfv tələbini ölkə lideri Əli Xamaneyinə təqdim etdiyini və müsbət cavab aldığını əlavə edib. 

O, əfvin siyasi məhkumları da əhatə etməsinə dair tələbləri belə dəyərləndirib:

“Təəssüf ki, bəziləri bu böyük addımı siyasiləşdirir və əfvin “siyasi məhkumları” əhatə etməsinin daha yaxşı olacağını söyləyir. Ancaq bizdə siyasi məhkum yoxdur. Digər kəsim isə əfvin tənqidçilərə də şamil olunmasını istəyir. Məhkəmə heç bir zaman tənqid etdiyi üçün birini təqibə almaz”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib