Dərc edilib: 13-02-2019

https://www.nuh.az/18872-.html

Əli Kərimlinin müşaviri azadlığa çıxdı - Foto

13.02.2019 12:12:07

Hadisə

AXCP sədrinin müşaviri Məmməd İbrahim azadlığa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə oğlu Turan İbrahim feysbukda paylaşıb.

Qeyd edək ki, M. İbrahim xuliqanlıqda ittiham olunaraq həbs olunmuşdu.

M.İbrahimin vəkili Cavad Cavadov bildirib ki, bu gün Bakı Apellyasiya Məhkəməsinda onların şikayətinə baxılıb: “Şikayətimiz qismən təmin olundu və ona təyin olunmuş 5 ay 22 gün azadlıqdan məhrum etmə cəzası azaldılaraq, faktiki həbsdə yatdığı günlə əvəz olundu və o həbsdən azad olundu. Müdafiə tərəfi olaraq bəraət alınması üçün hüquqi müdafiə addımlarımızı davam etdirəcəyik”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib