Dərc edilib: 13-02-2019

https://www.nuh.az/18878-.html

Polşa ABŞ-dan 414 milyonluq raket sistemləri aldı

13.02.2019 18:54:47

Dünya

ABŞ ilə Polşa arasında hərb sahəsində müqavilə imzalanıb. Müqaviləyə əsasən, Vaşinqton Varşavanı “HIMARS” raket sistemi ilə təchiz edəcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, müqavilənin imzalanması mərasimində ABŞ vitse-prezidenti Maykl Pens, Polşa baş naziri Mateuş Moravetskiy və müdafiə naziri Mariuş Blaşak iştirak edib.

Qeyd olunur ki, Polşa tərəfi ABŞ-dan 414 milyon dollar dəyərində 20 ədəd raket sistemi əldə edəcək. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib