Dərc edilib: 22-02-2019

https://www.nuh.az/18968-.html

Nazirdən yeni təyinatlar

22.02.2019 16:17:04

Region

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq Əmrinə əsasən, nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova etik müvəkkil təyin edilib. 

“Qafqazinfo” xəbər verir ki, o, nazirlik sistemində etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həlli işlərini yerinə yetirəcək.

Əmrə əsasən, həmçinin informasiyanın proaktiv formada ictimaiyyətə təqdim edilməsi və onun əldə olunmasının təşkili məqsədilə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov nazirlikdə informasiya məsələləri üzrə məsul şəxs təyin edilib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib