Dərc edilib: 12-03-2019

https://www.nuh.az/19127-.html

Estoniyadan Rusiyaya qarşı ərazi iddiası - “Geri alacağıq”

12.03.2019 11:16:48

Region

Estoniyanın Mühafizəkarlar partiyasının nümayəndələri hazırda Rusiyanın Leninqrad əyalətinin tərkibinə daxil olan İvanqoroda qarşı ərazi iddiası irəli sürüblər. 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, parlament fraksiyasının sədr müavini Henn Pılluaas bununla bağlı deyib: “Biz 50 il müstəqilliyimizin bərpa olunmasını gözlədik və yenə gözləyə bilərik. Biz nə vaxtsa bu ərazini geri alacağıq”. Deputat İvanqorodda referendum keçirilməsinin mümkünlüyünü də istisna etməyib. 

Qeyd edək ki, İvanqorod 1919-1940-cı illərdə Estoniyanın tərkibində olub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib