Dərc edilib: 26-03-2019

https://www.nuh.az/19238-.html

Ulu Öndərin qohumu Prezidentə müraciət etdi

26.03.2019 17:28:54

Cəmiyyət

Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsi, ev 4 ünvanında yaşayan Eyvazov Tofiq Kamran oğlu ölkə başçısına  ünvanladığı  müraciəti NUH.az  saytına təqdim edib.

Müraciəti olduğu kimi dərc edirik.

 

Möhtərəm İlham Əliyev cənabları!

 

Mən mərhum Prezidentimiz, Ulu Öndər Heydər Əliyevin yaxın qohumuyam. Siz özünüz də məni şəxsən tanıyırsınız.

Yazıb Sizə bildirmək istəyirəm ki, məni - Eyvazov Tofiq Kamran oğlunu  2011-ci ilin dekabrın 19-da, saat 15-00-da  Səbail Rayon Polis İdarəsinin ozamankı rəisi İlqar Mahmudovun  ( keçmiş milli təhlükəsizlik  naziri  Eldar Mahmudovun əmisi oğlu ) dəvəti ilə idarəyə  çağırdılar.

İdarədə məndən izahat alandan sonra  gözləmədiyim halda qollarıma qandal vurub zirzəmiyə apardılar. Üstümdə olan:

1.  1000 (min ) ABS dolları pulumu,

2.  Blek Berli VİP telefonumu,

3.  Vertu telefonumu,

4.  Briliyant qaşlı üzüyümü,

5.  Briliyant  qaşlı saatımı,

6.  300 ( üç yüz ) manata yaxın pulumu, akta qol çəkdirərək məndən aldılar.


Mən akta qol çəkdim. İki gündən sonra məni Kürdəxanı  təcridxanasına göndərdilər. Sonra mən 6 il həbsxana həyatı yaşadım. Və 2017-ci ildə azadlığa çıxdım. Mən azad olunandan sonra Səbail RPİ-ə müraciət edərək  məndən götürülən əşyaların və pulun geri qaytarılmasını tələb etdim. Lakin bu günədək mənə məxsus əşyaları və pulu geri ala bilmirəm.

 

Möhtərəm Prezident !

Sizdən xahiş edirəm mənə məxsus əşyaların və pulun geri qaytarılması üçün müvafiq orqanlara göstəriş verəsiniz. Mən öz qanuni əmlakımı tələb edirəm.

Sizə dərin hörmətlə, Eyvazov Tofiq Kamran oğlu.

 

Redaksiyadan: Səbail RPİ-nin mövqeyini dərc etməyə hazırıq. NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib