Dərc edilib: 03-04-2019

https://www.nuh.az/19292-.html

Buteflika 20 illik hakimiyyətdən sonra istefa verdi

03.04.2019 12:43:08

Dünya

Əlcəzair prezidenti Əbdüləziz Buteflika istefa verdiyini açıqlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə Konstitusiya Məhkəməsinə məlumat verib.

Prezident səlahiyyətlərini müvəqqəti olaraq - 3 ay müddətinə Milli Məclisin rəhbəri Əbdülqədir Bensalehin yerinə yetirəcəyi bildirilir. Bu müddətdə yeni prezident seçkilərinin keçiriləcəyi də gözlənilir.

Qeyd edək ki, 82 yaşlı Buteflika 1999-cu ildən bəri prezident idi. O, son zamanlar səhhətindəki problemlərlə əlaqədar vəzifəsini icra edə bilmirdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib