Dərc edilib: 12-04-2019

https://www.nuh.az/19378-.html

"Körpü-Bina-Tikinti" qazıntıya başladı, qəsəbə sakinləri etiraz etdi (FOTOLAR)

12.04.2019 15:41:30

İqtisadiyyat

Bakının "Qanlı göl" adlanan qəsəbəsində aparılan qazıntı işləri sakinlərin narazılığına səbəb olub.
Bu barədə Qaynarinfo-ya qəsəbə sakinləri məlumat verib.
Onların sözlərinə, "Körpü-Bina-Tikinti" MMC sosial evlərin qarşısındakı ərazidə qanunsuz olaraq qazıntı işlərinə başlayıb: "Gəlib ərazini qazırlar. Evlərimiz qəzalı vəziyyətə düşüb, yollar bağlanıb, uşaqlarımız məktəbə gedə bilmir. Şirkətin rəhbəri də qaçıb gizlənib. Bilmirik, nə iş görürlər". 
Sakinlərin etirazından sonra qazıntı işləri dayandırılıb.

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib