Dərc edilib: 21-04-2019

https://www.nuh.az/19468-.html

Gürcüstanda insanlar ayağa qalxdı - Rezin güllələr atıldı + Video

21.04.2019 19:15:50

Region

Gürcüstanın Kaxetiya bölgəsinin Birkiani kəndində Pankisi dərəsində Alazan çayı üzərində Su Elektrik Stansiyasının (SES) tikintisinə etiraz əlaməti olaraq etiraz aksiyası keçirilir.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, 300-dək sakin hələ 2018-ci ildən tikilməsi nəzərdə tutlan 5,4 meqavat gücündə SES-in bölgə üçün ekoloji təhlükə yaradacağını və bu tikintinin onları evindən edəcəyini əsas gətirərək aksiya keçirir. Polislə etirazçılar arasında qarşıdurma yaşanıb. Polis mitinqçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Polis və sakinlər arasında xəsarət alanlar var. Etirazçılar hadisə yerinə daxili işlər naziri Georgi Qaxariyanın gəlməsini tələb edirlər. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib