Dərc edilib: 07-06-2019

https://www.nuh.az/19845-.html

Fermasına baxmağa gedən icra başçısını gün vurdu

07.06.2019 14:01:05

Günün sitatı

Ötən gün rayon icra başçılarından birini gün vurub.

 

 Bizimxeber.az-a daxil olan məlumata görə, günorta saatlarında özünə məxsus taxıl sahələrini, qoyun fermalarını yoxlamaq üçün başqa bir rayona gedən sözügedən icra başçısı istiyə davam gətirə bilməyib. 

Sürücüsünün və yaxın adamlarının köməkliyi ilə evlərdən birinə aparılan icra başçısı axşam saatlarında Bakıya qayıdıb. Məlumata görə, sözügedən icra başçısının aran rayonlarının birində taxıl sahələri və fermaları var.

Yeri gəlmişkən qeyd edək ki, istər qış, istərsə də yay aylarında icra başçılarının əksəriyyəti otaqlarından belə çıxmırlar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib