Dərc edilib: 15-06-2019

https://www.nuh.az/19900-.html

Mehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı verdi

15.06.2019 13:59:37

Cəmiyyət

Heydər Əliyev Fondu Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyevanın yas mərasimi ilə bağlı xərcləri üzərinə götürüb.


"Qafqazinfo" xəbər verir ki, mərhumun ailəsinə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın adından başsağlığı verilib.

Qeyd edək ki, dünən Türkiyədə vəfat edən H. Əliyevanın nəşi Naxçıvana aparılıb. Bu gün vəsiyyətinə uyğun olaraq Kələki kəndində dəfn olunacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib