Məleykə Əsədova “Məşhədi xanım” oldu - Fotolar
Xalq artisti Məleykə Əsədova Məşhədə yola düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisanın özü məlumat yayıb. O, instaqramda fotolar paylaşaraq İmam Rza ziyarətgahında olduğunu qeyd edib:
“Allahım gözəl ürəklərin mükafatlarını versin. Pis düşüncəli, paxıl və dedi-qodu edən insanların qəlbinə işıq salsın. Torpaqlarımızda əmin-amanlıq olsun! Allah gələcəyimiz olan övladlarımızı qorusun. Bacım qızı, nişanlısı və mənə bacı qədər yaxın olan Məşhədi Lalə xanım... Cümə gününüz mübarək”.