Həmidə Ömərova həyatından bəhs edən kitab yazdı
Xalq artisti Həmidə Ömərovanın kitabı işıq üzü görüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisa instaqram hesabında məlumat verib.
Kitab “Mən öləndən sonra xoşbəxt idim” adlanır.
“15- 20 il ərzində yazdığım həyat hekayələrimin bir hissəsini ve ssenarimin birinci hissəsini nəşr etdirdim. Çox az sayda... Məndən əzizlərimə, dostlarıma yadigar qalar”, - deyə Ömərova qeyd edib.