Dərc edilib: 20-07-2019

https://www.nuh.az/20198-.html

Prezident onları mükafatlandırdı - 50 mindən 10 minə qədər...

20.07.2019 18:28:10

Siyasət

Azərbaycan Respubikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, idmançılar və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar:

1.1. birinci yeri tutan hər bir idmançı - 50 min manat, onun şəxsi məşqçisi - 25 min manat;

1.2. ikinci yeri tutan hər bir idmançı - 30 min manat, onun şəxsi məşqçisi - 15 min manat;

1.3. üçüncü yeri tutan hər bir idmançı - 20 min manat, onun şəxsi məşqçisi - 10 min manat;

1.4. komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib