Dərc edilib: 30-07-2019

https://www.nuh.az/20278-.html

Ölümdən qurtarılan uşağın müasir halı (FOTOLAR)

30.07.2019 09:27:12

İdman

Nigeriyada ailəsi tərəfindən həddindən artıq cılız olduğu üçün küçəyə buraxılan və 8 ay çöldə həyat mübarizəsi aparan Hopenin fotosu dünyada böyük rezonansa səbəb olmudşu.
 "Qafqazinfo"   xəbər verir ki, artıq onun əvvəlki halından əsər-əlamət yoxdur.
Həmin vaxt danimarkalı Anja Rinqqren Loven tərəfindən himayəyə götürülən uşaq indi daha gümrah, daha şəndir.
Maraqlıdır ki, Anja uşağı tapandan sonra sosial şəbəkədə maddi dəstək kampaniyası başlatmış, uşaq üçün 1 milyon dollar pul yığılmışdı. Danimarkalı yardımsevər həmin pulla həm Hopeni müalicə etdirdi, həm də onunla eyni aqibətlə üzləşən uşaqlar üçün klinika inşa etdirdi.
Qeyd edək ki, Hopenin hazırda eşitmə problem var. Küçəyə atılan zaman parazitlər onun qulaq kanallarına zərər verib. Buna rəğmən, Hope danışmağı bacarır.

 

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib