Dərc edilib: 03-08-2019

https://www.nuh.az/20315-.html

Zakir Həsənov Rusiyaya getdi - Şoyqunun dəvətiylə

03.08.2019 09:44:33

Müsahibə

 Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə yola düşüb.

Bu barədə "Qafqazinfo"a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Müdafiə naziri avqustun 3-də “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının açılış mərasimində iştirak edəcək və “Tank biatlonu” müsabiqəsində yarışan Azərbaycan tankçılarının birinci mərhələdə çıxışını izləyəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib