Dərc edilib: 19-08-2019

https://www.nuh.az/20473-.html

“MiQ-29”un “qara qutusu” tapıldı - Foto

19.08.2019 15:31:31

Hadisə

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.

 

  “Qafqazinfo” xəbər verir ki, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir. Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib