Dərc edilib: 21-08-2019

https://www.nuh.az/20494-.html

“Şükür Allaha, bizdə oliqarxlar sinfi yoxdur…”

21.08.2019 16:55:14

Dünya
Belarus prezidenti Aleksandr Lukaşenko bu gün ölkəsinin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüb.
 
 Sfera.az xəbər verir ki, Lukaşenko zala toplaşanların çiyinlərində Belarusun suverenliyinin və müstəqilliyinin dayandığını deyib. Bildirib ki, belarusların yaxın illərdə necə yaşayacaqları məhz onlardan asılıdır.

"Şükür Allaha, biz ölkədə oliqarxlar sinfinin meydana gəlməsinə imkan vermədik, hansı ki, belələri təkcə bu və ya digər situasiyanı deyil, ölkəni də idarə edirlər. Biz quldurlara və cinayətkarlara ölkəni hissələrə bölməyə, həmin hissələrə bizim adamların hesabına parazitlik edərək "krışalıq” etməyə imkan vermədik. Bu, nəinki son dövlərin, eləcə də Belarusun bütün müstəqillik dövrünün ən böyük nailiyyətidir. Və bunu sizlər, hüquq-mühafizə orqanları edirsiniz”,-Lukaşenko bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib