Dərc edilib: 11-10-2019

https://www.nuh.az/20903-.html

Prezident Aşqabadda çıxış etdi - Fotolar

11.10.2019 13:28:09

Siyasət

Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb.

Sonra birgə foto çəkdirilib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qonaqları salamladı və iclasın işinə uğurlar arzulayıb.

Daha sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın iclasının gündəliyi barədə məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.

 





 

NUH informasiya agentliyi səhifəsindən çap edilib