Dərc edilib: 13-10-2019

https://www.nuh.az/20916-.html

Müsavat Partiyasının başqanı seçildi

13.10.2019 18:32:31

Hadisə

Müsavat Partiyasının IX qurultayı keçirilib.

Qaynarrinfo xəbər verir ki, qurultay "Büllur” sarayında (köhnə İnqilab kinoteatrı) baş tutub.
Tədbirdə partiyanın başqanı postuna seçkilər keçirilib. Bu post uğrunda hazırkı başqan Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı mübarizə aparıb.
Artıq səsvermənin nəticələri məlum olub. Nəticəyə əsasən. Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib