Dərc edilib: 24-10-2019

https://www.nuh.az/21027-.html

Kuba Prezidenti Bakıda - Foto

24.10.2019 18:54:12

LIVE

Kuba Respublikasının Prezidenti Migel Diaz-Kanel Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycana səfərə gəlib.


Azərtac   xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Migel Diaz-Kaneli hava limanında Baş Nazirin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib