Dərc edilib: 17-11-2019

https://www.nuh.az/21265-.html

"Azərbaycan işləsin - Fars, erməni xərcləsin!"

17.11.2019 17:37:39

İdman

İranda cümə günü başlayan kütləvi etiraz aksiyaları davam edir.

Qaynarinfo GunAZ TV-yə istinadən xəbər verir ki, benzinin öncədən xəbərdarlıq edilmədən birdən-birə qiymətinin üçqat artması ölkənin bir çox şəhəri, o cümlədən Güney Azərbaycan şəhərlərində kütləvi etirazlara səbəb olub. Lakin soydaşlarımız Azərbaycanın ümumi mənafei naminə etirazlara qoşulur. Onlar düşünülmüş şüarlar səsləndirir.
Güney Azərbaycanın şəhər və kəndlərində əsasən aşağıda qeyd olunan türkcə şüarlar dilə gətirilir.
Azərbaycan işləsin - Lübnan (Livan), İraq xərcləsin!
Azərbaycan işləsin - Fars, erməni xərcləsin!
Azərbaycan milləti - Çəkməz bu zilləti
Azərbaycan oyaqdı - Millətinə dayaqdı
Azərbaycan talandı - Millət oyan amandı
Biz ölməyə hazırıq - Babəkin sərbazıyıq
Azərbaycan əyilməz - Türkün beli bükülməz
Azərbaycan, müstəqil; olmalıdır - olmalı
Bizim düşmən burdadır - yalandır Amerikadır
Nə sağçıyam, nə solçu - Millətçiyəm millətçi
Yaşasın Azərbaycan
Azərbaycan var olsun - İstəməyən kor olsun
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib