Dərc edilib: 21-11-2019

https://www.nuh.az/21313-.html

Mehriban Əliyeva naməlum əsgərin məzarını ziyarət etdi - Fotolar

21.11.2019 16:04:55

Cəmiyyət

Rusiyada rəsmi səfərdə olan Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib.

Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verib.

Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib. Sonra fəxri qarovul dəstəsinin keçidi olub.

 









 

NUH informasiya agentliyi səhifəsindən çap edilib