Dərc edilib: 22-11-2019

https://www.nuh.az/21322-.html

Millət vəkili xəstəxanaya yerləşdirildi

22.11.2019 11:41:49

Reportaj

Milli Məclisin deputatı Yevda Abramovun səhhətində problem yaranıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə APA-ya deputatın oğlu məlumat verib.

O bildirib ki, bir neçə gün bundan öncə Yevda Abramov Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: “Hazırda o, xəstəxanada müalicə olunur”.

Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavinidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib