Dərc edilib: 23-11-2019

https://www.nuh.az/21359-.html

Eldar Namazov sədr postundan uzaqlaşdırıldı

23.11.2019 09:30:19

Hadisə

Deportasiya Qurbanları Mərkəzinin İdarə Heyətinin iclası keçirilib.

Reyting.az  xeber verir ki, iclasda təşkilati və cari məsələlər müzakirəyə çıxarılıb. Müzakirələr zamanı istiqlalçı deputat, sabiq təhsil naziri Firudin Cəlilovun təklifi ilə Köçəri Nağıbəylinin təşkilatın sədri seçilməsi məsələsi müzakirə olunub. Xalq şairi Vahid Əziz, professor Eldar Abbasov, professor Paşa Qəlbinur, general Əli Ömərov, politoloq Eldar Namazov və digər ziyalılar bu təklifi dəstəkləyiblər. Beləliklə, K. Nağıbəyli təşkilatın sədri seçilib.
İdarəyə Heyəti bu vaxta qədər təşkilata sədrlik etmiş politoloq Eldar Namazova fəaliyyətinə görə təşəkkür edib.
İclasda soydaşlarımızın Ermənistandan deportasiya olunmasının 30 illiyinin qeyd edilməsi haqqında da qərar verilib. Bu məqsədlə tədbirlərin keçirilməsi, bu tarixi hadisənin gündəmdə saxlanılması razılaşdırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib