Dərc edilib: 23-11-2019

https://www.nuh.az/21368-.html

"Paşinyan yaxın gələcəkdə istefa verəcək"

23.11.2019 14:06:16

Kriminal

Ermənistan baş prokrorunun keçmiş köməkçisi Armen Danielyan öz feysbuk səhifəsində Paşinyana xəbərdarlıq edib.

 

Qaynarinfo asasmedya.info-ya istinadən xəbər verir ki, Ermənistan baş prokrorunun keçmiş köməkçisi Armen Danielyan Paşinyanı verdiyi vədlərə əməl etməyə çağırıb. O bununla bağlı öz feysbuk səhifəsində yazıb: Yaxın gələcəkdə erməni rəsmilər populyar olmayan, çətin və son dərəcə çətin qərarlar qəbul edib addımlar atacaq. Və o getmək məcburiyyətində qalacaq. Hər şeydən əvvəl, "korrupsiya pramidi"ni yox etməklə bağlı verdiyi keçmiş vədlərə görə. Limit yavaş-yavaş dolur, o gecikir". Xatırladaq ki, Paşinyan erməni xalqına Ermənistandakı "korrupsiya pramidi"ni yox edəcəyini söz vermişdi.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib